Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının vaxtı təsdiqlənib.
Unikal.org Avropa Gimnastikasının rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, yarış 26 - 29 noyabrda gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan millisinin Avropa çempionatında 13 gimnastla təmsil ediləcəyi planlaşdırılır.