"Barselona" "İnter"in futbolçusu Lautaro Martinesi transfer etmək fikrindən daşınıb.
Unikal.org "Calciomercato"ya istinadən xəbər verir ki, Kataloniya klubunun maddi problemlər səbəbindən 23 yaşlı hücumçu üçün 80 milyon avro verməyi düşünmədiyi bildirilib. "Barselona" bu transferin imtinası ilə bağlı fikrinin qəti olduğu vurğulanıb.
Qeyd edək ki, Martines 2018-ci ildən "İnter"də oynayır.