Almaniya Superkuboku-2020-nin sahibi müəyyənləşib.

Unikal.org xəbər verir ki, "Allianz Arena"da keçirilən həlledici matçda "Bavariya" və Dortmund "Borussiya"sı üz-üzə gəlib. Görüş Münhen təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Bavariya" - "Borussiya" (Dortmund) - 3:2
Qollar: Tolisso, 18 (1:0), Müller, 32 (2:0), Brandt, 39 (2:1), Holand, 55 (2:2), Kimmix, 82 (3:2)

Bununla da "Bavariya" tarixində 8-ci dəfə Almaniya Superkubokunu qazanıb.