Gürcüstanda son sutkada koronavirusa 453 yeni yoluxma halı təsdiqlənib, 295 nəfər sağalıb, 2 pasiyent isə vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə indiyədək qeydə alınan COVID-19-a yoluxma hallarının sayı 7 093-ə, sağalanların sayı 3 714-ə, vəfat edənlərin sayı isə 43-ə çatıb.
Hazırda karantində 5 392, tibbi nəzarətdə isə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 1 100 nəfər isə xüsusi otellərdə müalicə olunur.