Cəbhədə mövqe itirən və geri çəkilməyə məcbur olan Ermənistan növbəti təxribata əl atıb.
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın stasionar telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər daxil olur. Məqsəd, həmişəki kimi, dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.
"Nazirliyin Elektron Təhlükəsizlik Xidməti vətəndaşların diqqətinə çatdırır ki, bu məlumatlar həqiqəti əks etdirmir", - nazirlikdən bildirilib.