İslandiya pensiyada yaşamaq üçün ən yaxşı ölkələrin siyahısına liderlik edir.
Unikal.org xəbər verir ki, bu barədə “Bloomberg” Fransanın “Natixis” investisiya bankı tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən yazıb.
İkinci pillədə İsveçrə, üçüncü yerdə isə Norveç qərarlaşıb. İlk beşliyə İrlandiya və Niderland da düşüb.
Tədqiqat müəllifləri 44 ölkədə pensiyaçıların rifah səviyyəsini və maddi təminat səviyyəsini qiymətləndiriblər. Onlar sağlamlıq, maliyyə, maddi rifah və həyat keyfiyyəti kimi dörd kateqoriyaya qruplaşdırmaqla 18 fərqli göstəricidən istifadə ediblər.