“İslam həmrəyliyi Misirdə Ermənistan prezidentinin ayağının altına qırmızı xalça salmaqla olmur”.
Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
“Biz Ermənistanın işğal etdiyi ərazilərdən getməyi ilə bağlı və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çağırışları dinləyə bilərik. Fransanın Prezidenti Makronun bəyanatını isə rədd edirik”.