Nazirlər Kabineti “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edib. 

Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəsmi səhifəsində məlumat paylaşılıb.

Qərara əsasən, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə yeni 1.13-cü bənd əlavə edilib. 

Həmin bəndə əsasən, tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə dair sənədlər üzrə məlumatları onların iki rəsmiləşdirildiyi gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil etməlidirlər.