“Hər şey Vətən üçün” aksiyası çərçivəsində təkər dolu növbəti yük avtomobil karvanı cəbhə bölgəsinə yola salınıb.
Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən xəbərə görə, bu dəfə 23 yük avtomobili ilə 16000-dən artıq təkər göndərilib.
Qeyd edək ki, “Hər şey Vətən üçün” aksiyasına “Təmiz Şəhər” ASC də qoşulub. Belə ki, yola salınan təkərlərin 10 mini Balaxanı poliqonundan toplanıb.
Xatırladaq ki, iyul ayından düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan sonra Bakı Nəqliyyat Agentliyi Müdafiə Nazirliyi ilə birgə “Hər şey Vətən üçün” aksiyasına başlayıb. Ötən müddətdə cəbhəyə 83 yük avtomobili ilə 42500-dən artıq təkər göndərilib.