Türkiyənin Elazıg vilayətinin Keban şəhərində küçələrdən birinə Azərbaycan Ordusunun şəhid generalı Polad Həşimovun adı veriləcək.
Unikal.org xəbər verir ki, bu barədə “Haberturk” məlumat yayıb.
Bildirilib ki, Kebanın bələdiyyə sədri Fəthiyə Atlının rəhbərliyi ilə keçirilən iclasla bununla bağlı qərar qəbul edilib.
“Axıtdıqları qan və fəda etdikləri canları ilə torpağı vətən edən şəhidlərimizi, bütün qəhrəmanlarımızı hörmət və minnətdarlıqla yad edirik. Yerləri cənnət olsun”, - deyə bələdiyyənin təsdiq etdiyi sənəddə vurğulanıb.