Ölkənin ərazi bütövlyü uğrunda aparılan müharibəyə dəstək məqsədiylə “Azərişıq” ASC-nin rəhbər heyyəti bir aylıq maaşlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.