“Cənab Ali Baş Komandana və xalqımıza minnətdarlığımı bildirirəm. Hədəfimiz tək Madagiz deyil. Hədəfimiz ərazi bütövlüyümüzün tam bərpa olunması, işğalda olan torpaqlarımızın azad edilməsi, bu problemin birdəfəlik olaraq həll olunmasıdır”.
Unikal.org xəbər verir ki, bunu Madagizi işğaldan azad edən 1-ci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənov AzTV-yə açıqlamasında deyib.
“Əsgərlərdə döyüş ruhu yüksək səviyyədədir. Hamısı Vətən üçün öldürməyə və torpaqları azad etməyə hazırdırlar və bunu edirlər.
Bir neçə gün sonra yubileyi olacaq general onun üçün işğal edilmiş torpaqlarımızın azad edilməsindən böyük hədiyyə olmadığını deyib.
“İşğal edilmiş torpaqlarımızın azad edilməsindən böyük gözəl hədiyyə yoxdur. İnşallah o da olacaq. İnşallah, Ali Baş Komandamızını rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu yaxın vaxtlarda itirilmiş ərazilərni bərpa edəcək”.