“Telegram” sosial şəbəkəsinin işində problem yaranıb. 

Unikal.org xəbər verir ki, bununla bağlı sosial şəbəkə istifadəçiləri “Downdetector” saytında məlumatlarını paylaşıblar.

Bildirilib ki, “Telegram”ın 92 faiz istifadəçisi sosial şəbəkəyə daxil ola, 8 faizi isə məlumat paylaşa bilmir. 

Problem bütün dünyada Bakı vaxtı ilə 01:17-dən qeydə alınmağa başlayıb.