ABŞ Dövlət katibi Mayk Pompeo 4-8 oktyabr tarixlərində Asiya ölkələrinə səfər etməyi planlaşdırır. Baxmayaraq ki, Ağ Ev rəhbəri Donald Tramp koronavirusa yoluxub.
Unikal.org “TASS”-a istinadən xəbər verir ki, belə bir açıqlama ilə Pompeo bir tədbirdə çıxış edib.
“Özümü yaxşı hiss edirəm. Son iki gündə iki dəfə koronavirüs testindən keçdim. Əvvəlki kimi sağlamam. Sabaha (4 oktyabr) planlaşdırılan Asiya ölkələrinə səfərimi həyata keçirməyə hazırlaşıram”, - deyə Pompeo bildirib.