Latviya Seyminin deputatı, Latviyanın ATƏT Parlament Assambleyasında daimi nümayəndə heyətinin üzvü Roman Naudinş 27 sentyabr tarixində törədilmiş erməni təxribatları ilə əlaqədar bəyanat yayıb.
Unikal.org xəbər verir ki, bəyanatda Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonunun 30 ilə yaxın işğal altında qalması, Azərbaycana qarşı həyata keçirilən etnik təmizləmə siyasəti, bir milyona yaxın soydaşımızın öz torpaqlarından qaçqın düşməsi, Xocalı soyqırımı, uzun illər sülh danışıqlarının bir nəticə verməməsi və münaqişəyə dair BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməməsi, habelə Ermənistanın hərbi-siyasi rəhbərliyinin son təxribatları, Azərbaycanın öz suverenliyi və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpası uğrunda əks-hücum əməliyyatlarına başlaması, Aİ-nin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsində passivlik göstərməsi kimi fikirlər yer alıb, Ermənistanın işğalçılıq siyasəti dayandırılanadək bu ölkəyə beynəlxalq sanksiyaların tətbiqinə dair çağırış edilib.