Baku Medical Plaza klinikasının bir qrup həkimi könüllü olaraq yaralı əsgərlərimizə tibbi yardım göstərmək üçün cəbhə bölgəsinə yola düşüblər.

Unikal.org xəbər verir ki, klinikanın 48 nəfərlik tibbi personalı hazırda döyüş bölgəsindəki xəstəxanalarda yaralı əsgərlərimizin müalicəsi prosesinə cəlb olunublar, zəruri cərrahi əməliyyatlar icra olunub.

Bundan əlavə, Baku Medical Klinikası tərəfindən həmin xəstəxanalarda istifadə olunan tibbi ləvazimat və dərman pereparatları da göndərilib.