Döyüş əməliyyatlarının miqyasının genişlənməsindən panikaya düşən qondarma rejimin rəhbərliyi öz ailə üzvlərinin təhlükəli ərazilərdən çıxarılmasına başlayıb.
Unikal.org xəbər verir ki, bu barədə hərbi mənbələrdən məlumat daxil olub.
Bildirilib ki, bu məqsədlə yerüstü nəqliyyat vasitələrindən əlavə döyüşlərdə ağır yaralanmış hərbçilərin təxliyəsi üçün nəzərdə tutulmuş helikopterlərdən də istifadə olunur.