Türkiyə Super Liqasında IV tura yekun vurulub.
Unikal.org xəbər verir ki, son oyun günündə 4 görüş baş tutub.
“Beşiktaş” öz meydanında “Gənclərbirliyi”nə uduzub. İlk məğlubiyyətini alan “Hatayspor” “Alanyaspor” önündə darmadağına üzülüb.
“Dənizlispor” – “Konyaspor” görüşü qolsuz başa çatıb. “Qalatasaray” səfərdə “Kasımpaşa” ilə üz-üzə gəlib. İlk yarıda qol buraxan “sarı-qırmızılar” mövsümdə ilk məğlubiyyətini alıb.
Qeyd edək ki, növbəti turun oyunları oktyabrın 16-19-na planlaşdırılıb.