“Fact Chek Karabakh” səhifəsi növbəti erməni yalanlarını üzə çıxarıb.
Unikal.org xəbər verir ki, “9rd News” adlı sayta istinadən paylaşılan Azərbaycan ordusunun Gədəbəyə əsgər və silahlı texnika toplaması, bununla da həmin ərazidən Ermənistana atəş açılması tamamilə yalan və erməni mənbələri tərəfindən uydurulmuş xəbərdir.
Bundan əlavə, erməni mənbələrinin iddiasına görə, Gəncə hava limanı tamamilə darmadağın olub və sübut olaraq da bir şəkil gətirirlər. Bu da erməni tərəfinin növbəti SAXTA XƏBƏRİDİR. İlk şəkil Lənkəran hava limanıda, ikinci isə Ukraynanın Luqansk şəhərindəki hava limanında çəkilib.