Braziliyalı futbolçu Rafail Koutinyo dünyasını dəyişib.

Unikal.org “Globoesporte”yə istinadla xəbər verir ki, faciə  oktyabrın 4-də Buzios şəhərində baş verib. 

36 yaşlı idmançı restoranda həyat yoldaşı ilə birlikdə şam edən zaman qəfildən halı pisləşib. Həkimlər futbolçunun infarktdan öldüyünü bildiriblər.

Koutinyo 2003-2007-ci illərdə “Vasko Da Qama” klubunun tərkibində oynayan zaman məşhurlaşıb. 2018-ci ilin dekabrından etibarən braziliyalı oyunçu müstəqil agent statusunda idi.