UEFA Millətlər Liqasının III turunda keçiriləcək Ermənistan - Gürcüstan oyununun yeri dəyişdirilib.
Unikal.org xəbər verir ki, oktyabrın 11-dəki qarşılaşma bölgədəki vəziyyətlə bağlı Polşada oynanılacaq.
Ermənilər 3 gün sonra isə Estoniyanın qonağı olacaq.
Qeyd edək ki, UEFA eyni səbəbdən Millətlər Liqasının IV turunda Azərbaycan və Kipr yığmaları arasındakı matçın Albaniyada keçirilməsinə qərar verib. Elbasan şəhər stadionundakı görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.