Türkiyə yığması Almaniya millisi ilə yoldaşlıq görüşü keçirib.
Unikal.org xəbər verir ki, Köln şəhərində baş tutan qarşılaşma bol qollu alınıb. Bundestim üç dəfə önə keçsə də, Ozan Tufan (50-ci dəqiqə), Efecan Karaca (67) və Kənan Karaman (90+4) hər üç halda hesabı bərabərləşdirib.
Nəticədə oyun 3:3 hesabı ilə yekunlaşıb.