AVRO-2020-nin pley-off mərhələsinin oyunlarına start verilib.

Unikal.org xəbər verir ki, Avropa çempionatına son 4 vəsiqə uğrunda 16 komanda mübarizə aparıb.

A, B, C və D yolunda hərəsində 2 olmaqla, ümumilikdə 8 cütlük yarımfinalda üz-üzə gəlib. Nəticələr belə olub:

8 oktyabr

AVRO-2020 

Pley-off, ilk oyunlar

A yolu

22:45. Bolqarıstan - Macarıstan - 1:3

Qollar: Georgi Yomov, 89 - Villi Orban, 17. Jolt Kalmar, 47. Nemanya Nikoliç, 75 

22:45. İslandiya - Rumıniya - 2:1

Qollar: Gilfi Siqurdsson, 16; 35 - Aleksandru Maksim, 63 (pen.)

B yolu

22:45. Bosniya və Herseqovina - Şimali İrlandiya - 1:1 (PENALTİLƏRLƏ - 3:4)

Qollar: Rade Kruniç, 14 - Nayall Makginn, 53

22:45. Slovakiya - İrlandiya - 0:0 (PENALTİLƏRLƏ - 4:2)

C yolu

22:45. Norveç - Serbiya - 1:2 (ƏLAVƏ VAXT - 0:1)

Qollar: Matias Normann, 88 - Sergey Milinkoviç-Saviç, 82; 102

22:45. Şotlandiya - İsrail - 0:0 (PENALTİLƏRLƏ - 5:3)

D yolu

22:45. Gürcüstan - Belarus - 1:0

Qol: Tornike Okriaşvili, 7 (pen.)

22:45. Şimali Makedoniya - Kosovo - 2:1

Qollar: Benjamin Kololli, 16 (öz qapısına). Darko Velkoski, 33 - Floran Haderconay, 29

Beləliklə, noyabrın 12-də keçiriləcək final mərhələsində qarşılaşacaqlar:

Serbiya - Şotlandiya

Gürcüstan - Şimali Makedoniya

Şimali İrlandiya - Slovakiya

Macarıstan - İslandiya

Qeyd edək ki, koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.