ABŞ prezidenti Donald Tramp bildirib ki, COVID-19 pasiyentləri üçün plazma donoru olmaq niyyətindədir.
Unikal.org xəbər verir ki, bu barədə “Fox News” bildirib.
O, qeyd edib ki, bunu koronavirusdan tam müalicə edildikdən sonra etməyə hazırdır. Hərçənd həkimlər ona hələ donorluq haqqında sual verməyiblər.
Bundan başqa, ABŞ lideri müalicə prosesi zamanı özünü güclü hiss etməməsindən, amma nəfəsalma ilə bağlı problemlərinin olmamasından da bəhs edib.
Ağ Ev rəhbəri hazırda özünü yaxşı hiss etdiyini deyib.
Qeyd edək ki, oktyabrın 2-də Trampda və xanımında koronavirus aşkarlanıb. ABŞ prezidenti bildirib ki, o və xanımı Melanya özünü yaxşı hiss edir və sağalana qədər Ağ Evdə qalmağı planlaşdırırlar.
Lakin sonra Tramp vəziyyətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib.