Azərbaycanlı məşhur idmançılar milli orduya dəstək olub. 

Unikal.org xəbər verir ki, sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev, kikboks üzrə tanınmış idmançı, dünya çempionu Bəhram Rəcəbzadə, kikboks üzrə qadınlardan ibarət millinin üzvü Nehir Rəcəbzadə, Karate üzrə dəfələrlə dünya çempionu  Rafael Ağayev, "Qarabağ" klubunun keçşmiş futbolçusu Rəşad Sadıqov və tanınmış k1 ustası Zabit Səmədov orduya dəstək olmaq üçün cəbhə bölgəsinə yollanıblar.  

İdmançılar əsgərlərlə çəkilmiş fotoları sosial şəbəkədə paylaşıb, ordumuza dəstək olduqlarını bildiriblər. 

Kikboks üzrə dünya çempionu, tanınmış k1 ustası Bəhram Rəcəbzadə paylaşımında sözünü tutduğunu bildirib: 

"Əsgərlərimizə söz verdim paylaşcam, sözümü tutdum. Biz əsgərlərimizlə fəxr edirik"

Qeyd edək ki, MMA üzrə dünya çempionu Tofiq Musayev səfərbərliyə yazılaraq ordu sıralarına qatılıb.