Azərbaycan yığmasının futbolçusu Təmkin Xəlilzadə zədə səbəbində Millətlər Liqasının III turunda Monteneqro ilə matçda iştirak etmir.

Unikal.org xəbər verir ki, "Sabah" klubunda çıxış edən 27 yaşlı yarımmüdafiəçinin zədəsi dünən məşq zamanı daha da ağırlaşıb.

Baş məşqçi Canni De Byazi Xəlilzadəni bu səbəbdən görüşün iştirak ərizəsinə daxil etməyib.

Qeyd edək ki, Monteneqro - Azərbaycan matçında hələ ki, hesab açılmayıb.