İtaliyanın “Yuventus” futbol komandasının və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası xəbər yayıb.

Qeyd olunur ki, 35 yaşlı futbolçu özünü yaxşı hiss edir, hazırda özünütəcrid şəraitindədir.