Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti matçına çıxıb.
Unikal.org xəbər verir ki, AVRO-2021-in seçmə mərhələsində 2-ci qrupda yer alan Milan Obradoviçin yetirmələri Gürcüstanla üz-üzə gəlib.
Bakıda bu rəqibə 0:3 hesabı ilə uduzan yığmamız Qoridəki görüşə revanşı ala bilməyib. Meydan sahiblərinin 42-ci dəqiqədəki yeganə qoluna cavab verə bilməyən və 0:1 hesabı ilə məğlub olan yığmamızın 3-cü yerə iddiasının üstündən xətt çəkilib.
9 matçdan sonra aktivindəki 6 xalla qrupda 5-ci pillədə qərarlaşan millimiz son oyununu noyabrın 12-də səfərdə İsveçrəyə qarşı keçirəcək.