İngiltərənin "Arsenal" klubun türkəsilli futbolçusu Mesut Özil sosial şəbəkə hesabında Azərbaycana dəstək nümayiş etdirib.

Unikal.org xəbər verir ki, məşhur futbolçu Mustafa Kamal Atatürkün "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir" sözlərini paylaşıb.

Statusuna "Bir millət, iki dövlət" ifadəsini əlavə edən Mesut Özilin paylaşımı çoxsaylı izləyiciləri tərəfindən bəyənilib.