İngiltərənin “Liverpul” klubunun son 10 ildə transferə 800 milyon funt sterliq pul ayırdığı ortaya çıxıb.

Unikal.org xəbər verir ki, klubun bu müddətdə aldığı ən bahalı 10 oyunçunun siyahısında isə Filipp Koutinyo (“İnter”dən, 8,5 milyon), Roberto Firminyo (“Hoffenhaym”dən, 29 milyon), Sadio Mane (“Sautempton”dan, 30 milyon), Muhammed Salah ( “Roma"dan, 36,9 milyon), Van Dayk (“Sautempton”dan, 75 milyon) və Alisson Peker (“Roma”dan, 65 milyon) yer alıb. 

Qeyd edək ki, Yurgen Kloppun çalışdırdığı klub ötən il Premyer Liqada çempion olub.