Türkiyə Super Liqasında V tur 4 oyunla başlayıb
Unikal.org xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor” səfər matçına çıxıb .
“Kayserispor”un qonağı olan “igidlər” səfərdə 3 xalı 3 qolla əldə ediblər.
Loik Reminin het-trik etdiyi və 8 qolun vurulduğu oyunda “Rizəspor” “Ankaragücü”yə qalib gəlib.
Günün son qarşılaşmasında ötən mövsümün çempionu “Başakşəhər” gümüş mükafatçı “Trabzonspor”la münasibətlərinə aydınlıq gətirib. Trabzonda baş tutan görüşdə ev sahibləri məğlub olub. Mövsümə biabırçı nəticələrlə başlayan İstanbul təmsilçisi ilk qalibiyyətini əldə edib.
Turun digər oyunları oktyabrın 18-19-da keçiriləcək.