Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov amerikalı döyüşçü Toni Ferqyusonun onunla titul uğrunda döyüşməsinin şərtlərini açıqlayıb.
Unikal.org xəbər verir ki, bu barədə Həbib öz instaqram səhifəsində canlı yayım edərkən səsləndirib.
"Ferqyuson belə bir şans qazanmışdı, lakin o öz döyüşünü uduzdu. Yenidən başlamaq üçün gərək top 5-dən birini məğlub etsin. Bu şansı qazanmaq üçün mübarizə aparmaq lazımdır" deyə UFC çempionu bildirib (report).
Xatırladaq ki, Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Castin Qetji arasında döyüş 24 oktyabrda baş tutacaq.