Ərindən boşanan qadın körpünün üzərinə çıxaraq iki uşağını Dəclə çayına atıb.
Unikal.org xarici KİV-ə istinadən xəbəer verir ki, dəhşətli hadisə İraqın paytaxtı Bağdadda yaşanıb.
Hadisə anı müşahidə kameraları ilə qeydə alınıb. Baş verənlərdən sonra əraziyə gələn təhlükəsizlik qüvvələri 1 və 3 yaşındakı uşaqları xilas etmək üçün səfərbər olsalar da, bu səyləri nəticə verməyib, hər iki körpə boğulmuş şəkildə tapılıb. Qadın saxlanılıb. O, üç ay əvvəl ərindən boşandığını və uşaqların himayəsinin atalarına verildiyini bildirib.
Polislərə ilkin açıqlamasında qadın uşaqlarını həmişə çətinliklə gördüyünü deyib. “Atalarının mənim nələr hiss etdiyimi anlaması üçün uşaqlarımı çaya atdım” - deyə o, ifadə edib.