Azərbaycan və Ermənistanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoyulub.
Unikal.org xəbər verir ki, bu barədə qərarı UEFA-nın İcraiyyə Komitəsi verib.
Qurum Dağlıq Qarabağda yaranmış vəziyyətlə əlaqədar bu addımı atıb. Hər iki ölkə təmsilçilərinin qeyri-müəyyən müddətə qədər evdə oynamaması qərara alıb.
Bu addım atılarkən vəziyyəti təhlil edən UEFA Avropa Liqasının pley-off matçları və Millətlər Liqasının ilk iki turundakı görüşlərin yerinin dəyişdirilməsini də nəzərə alıb. Bu qadağa növbəti qərar verilənədək qüvvədə olacaq.
Azərbaycan və Ermənistan federasiyalarına növbəti ev oyunlarına qədər bu matçların keçirilməsi üçün alternativ variantları təklif etməlidir. Vəziyyətə nəzarət edən UEFA-nın bu qərarı AVRO-2020-nin gələn ilin yayında baş tutacaq final mərhələsi oyunlarının Bakıda keçirilməsinin planlaşdırılmasına təsir etmir.
Hazırkı qərara əsasən, “Qarabağ” Avropa Liqasının qrupunda “Vilyarreal”, “Sivasspor” və “Makkabi” (Təl-Əviv), Azərbaycan yığması Millətlər Liqasında Monteneqro ilə ölkə xaricində qarşılaşacaq.
Azərbaycanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa QOYULDU
22:50 20-10-2020
İDMAN
Digər Xəbərlər
2024-12-24 23:55:16
2024-12-24 23:41:31
2024-12-24 23:06:26
2024-12-24 21:50:16
2024-12-24 21:20:12
2024-12-24 20:40:42
2024-12-24 19:58:40
2024-12-24 19:21:08
2024-12-24 18:09:50
2024-12-24 17:55:05
2024-12-24 17:18:37
2024-12-24 16:26:00
2024-12-24 15:32:19
2024-12-24 15:11:45
2024-12-24 14:44:55
2024-12-24 14:38:49
2024-12-24 14:25:00
2024-12-24 13:56:29
2024-12-24 12:17:50