Avropa Liqasının qrup mərhələsinin I turunun “Makkabi” (Təl-Əviv, İsrail) – “Qarabağ” (Azərbaycan) oyununun heyətləri açıqlanıb.
 
Unikal.org
xəbər verir ki,  Təl-Əvivdə baş tutacaq qarşılaşmadan öncə start “11-lik”ləri və ehtiyat oyunçular skamyasında qalacaq futbolçular bəlli olub.
 
Baş məşqçilər Giorgios Donis və Qurban Qurbanov “Blumfeld” stadionundakı görüşdə güvənəcəkləri oyunçuları müəyyənləşdirib. İ qrupunun I turunun Təl-Əvivdəki qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
Avropa Liqası
Qrup mərhələsi
I tur, İ qrupu
22 oktyabr
23:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Con Biton (Şotlandiya)
“Makkabi”: 19. Daniel Tennenbaum, 30. Maor Kandil, 18. Eytan Tibi, 21. Şeran Yeini, 4. Enrix Saborit, 27. Ofir Davidzada, 23. Eyal Qolasa, 42. Dor Perets, 6. Dan Qlazer, 24. Yonatan Kohen, 10. Etey Şexter
Ehtiyat oyunçular: 1. Daniel Perets, 2. Ben Bitton, 3. Matan Baltaksa, 9. Nik Blekmen, 11. Tal Ben Haim, 22. Avi Rikan, 25. Amit Qlazer, 29. Eylon Almoq, 39. Eduardo Gerrero, 44. Luis Ernandes, 47. Eden Karzev, 77. Ruslan Barski
Baş məşqçi: Giorgios Donis
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 30. Abbas Hüseynov, 5. Maksim Medvedev (c), 81. Kevin Medina, 77. Vild-Donald Gerye, 8. Uroş Matiç, 2. Qara Qarayev, 19. Filip Ozobiç, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 9. Xayme Romero
Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Rahil Məmmədov, 7. Ovusu Kvabena, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Tural Bayramov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov.
Təl-Əviv. “Blumfeld” stadionu