"Rəqibi təbrik edirəm. Buraya nəticə qazanmaq üçün gəlmişdik, amma alınmadı".
Unikal.org xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin birinci turunda İsraildə "Makkab"iyə (Təl-Əviv) 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis heyətdə problemlərin olduğunu bildirib: "Buna baxmayaraq ən yaxşısını etməyə çalışdıq. Artıq bu oyunu unudub, qarşıdakı oyunlara hazırlaşmalıyıq, bizi qarşıda, qrup mərhələsində daha 5 oyun gözləyir".