Almaniyanın "Borussiya" klubunun futbolçusu Emre Can koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Bu səbəbdən o, karantinə alınıb.

Qeyd edək ki, E.Can zədəsini yeni sağaldaraq Dortmund təmsilçisinin məşqlərinə başlamışdı.