Türkiyədə şübəhili bilinən terrorçuların ikisi də zərərsizləşdirilib.

Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Süleyman Soylu öz "Twitter" hesabında yazıb.

Qeyd edək ki, Hatay vilayətinin İsgendərun şəhərində partlayış baş vermişdi.

***23:06

Türkiyənin Hatay vilayətində İsgenderun rayon mərkəzində terror aktı törədilib.

Unikal.org xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat yayıb.

Vali deyib ki, İsgenderunun mərkəzində Fener küçəsində yerli vaxtla 20.30-da iki terrorçudan biri öz üzərinə bağladığı partlayıcı ilə birgə partlayış törədib və o, zərərsizləşdirilib. Digər terrorçunun isə axtarışı davam edir.

Hadisə yerinə çox sayda təhlükəsizlik, səhiyyə, fövqəladə hallar və hüquq-mühafizə işçiləri cəlb edilib.

Vali partlayışda ölənlərin olmadığını bildirib. Yaralananlar barədə hələlik məlumat verilmir.