Ermənistanda son sutkada 1 328 yeni yoluxma faktı qeydə alınıb.
Unikal.org “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistanda yoluxanların sayı 94 776-ya yüksəlib. Son sutkada 22 nəfər koronavirusun qurbanı olub. Bununla da ölənlərin sayı 1 413-ə çatıb.
Ölkə üzrə 57 599 pasiyent sağalıb, 35 764 nəfər müalicə olunur.