Koronavirus pandemiyasından dolayı paytaxt Moskva 500 milyard rubl itirib.
Unikal.org xəbər verir ki, bu sözləri Moskva meri Sergey Sobyanin mediaya açıqlamasında deyib.
“Büdcəyə güclü zərbə dəyib. Buna baxmayaraq, Moskva rəhbərliyi heç bir sosial proqramı ləğv etməyib, hamısını indeksləşdirib”, - deyə mer bildirib.