Dünyada yeni koronavirusa yoluxma hallarının sayı 24 saat ərzində 581 mindən çox artaraq 48,53 milyonu keçdi. Bu da pandemiya başlayadan etibarən sutkada xəstəliyin yeni maksimum artımı sayılır.
Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.
Məlumata əsasən, ölüm hallarının sayı 1,23 milyonu keçərək 8 mindən çox artdı.
Bildirilib ki, 48 534 508 nəfər koronavirusa yoluxub və 1 231 017 ölüb. Sutkada virusa yoluxanların sayı 581 679 nəfər, ölənlərin isə 8 899 nəfər artıb.
Sutka ərzində yoluxanların yarısından çoxu (308 876) Avropa bölgəsinin payına düşür. İkinci yerdə Şimali və Cənubi Amerika (167 031 hal), üçüncü yerdə Cənub-Şərqi Asiya (61 831).
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.