“Qəhrəman və nəcib Azərbaycan türkü qardaşlarımız! Bayraq Gününüz mübarək olsun!”

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkə hesablarında yazılıb.

“Sizinlə qürur duyuruq və Ermənistan qarşısındakı zəfərinizi bir daha təbrik edirik. İnanırıq ki, şanlı ay-ulduzumuz yaxın zamanda Qarabağda da dalğalanacaq. Biz bir millət – iki dövlətik!”, - qeyd olunub.