“Ermənistan Milli Məclisinin "Çiçəklənən Ermənistan" fraksiyasından olan deputatı AŞPA-da təmsil olunan Nairə Zohrabyan Mingəçevir su anbarını vuraraq Azərbaycana qarşı terror törətməyə dair çağırışlar edir. Belə düşüncəyə sahib siyasətçi AŞPA mandatından məhrum edilməlidir. Biz bunu qınayırıq”.

Unikal.org-un xəbərinə görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter səhifəsində paylaşıb.