ABŞ prezidenti Donald Tramp Terrorizmlə Mübarizə üzrə Milli Mərkəzin başçısı Kristofer Milleri müdafiə naziri Mark Esperin yerinə təyin etdiyini bildirib.
Unikal.org-un məlumatına görə, bu barədə o, özünün “Twitter”dəki hesabında yazıb.
"Milli Terrorla Mübarizə Mərkəzinin çox hörmətli direktoru (Senat tərəfindən yekdilliklə təsdiqlənən-red) Kristofer Millerin bundan sonra müdafiə naziri vəzifəsini icra edəcəyini elan etməkdən məmnunam. Kris çox yaxşı işləyəcək! Mark Esper vəzifəsindən uzaqlaşdırıldı. Ona xidmətinə görə təşəkkür edirəm", - Tramp yazıb.
Xatırladaq ki, son aylar mətbuatda Esperin vəzifəsindən istefa vermək istəməsi barədə şayiələr yayılmışdı.