Ermənistanda hərbi vəziyyət vaxtı kütləvi iğtişaşların təşkilində və dövlət sirlərinin yayılmasında ittiham olunan 10  keçmiş yüksək vəzifəli məmur və müxalifət liderləri həbs olunub.

Unikal.org xəbər verir ki, həbs olunanlar barədə Ermənistan KİV siyahı yayıb.

Bildirilib ki, həbs olunanlar arasında "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan, Ermənistanın keçmiş prezidentinin məsləhətçisi Qarnik İsaqulyan, politoloq Suren Surenyants, jurnalist Qeqam Manukyan, məşhur idmançı David Ambartsumyan, Ermənistan parlamentinin keçmiş vitse-spikeri Ara Saakyan, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanesyan, eks-spiker Eduard Şarmazanov, politoloq Artur Qazinyan, deputat İşxan Saqatelyan, Gürcüstan erməni aktivistlərindən Vahan Çaxalyan da var.