ABŞ-dakı seçki sistemini həmişə ədalətsiz olduğunu iddia edən Demokrat Partiyasının təmsilçiləri 2020-ci ildə keçirilən prezident seçkilərindən sonra fikirlərini dəyişiblər və əksini deyirlər.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ-ın hazırkı prezidenti Donald Tramp özünün Tvitterdəki hesabında yazıb.
“İllərdir demokratlar seçkilərin nə qədər saxta olduğunu söyləyirlər. İndi Tramp administrasiyasının 2020-ci il seçkilərini indiyədək ən təhlükəsiz seçki halına gətirməsi üçün nə qədər gözəl bir iş gördüyündən danışırlar. Əslində bu, Demokratların etdikləri xaricində doğrudur”, - deyə o, qeyd edib.
Belə ki, Tramp son seçkiləri də saxtalaşdırılmış adlandırıb.