Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Nazirliyin məlumatına görə, Qarabağdakı könüllü dəstələrdən birinin komandiri Aşot Minasyan döyüş bölgələrindən çox sayda silah çıxardıb:

"Ermənistan və Qarabağdakı hökumət əleyhinə partiyalarla əlbir olaraq Minasyan Nikol Paşinyanı öldürməyə hazırlaşırdı. Məqsəd hakimiyyəti qəsb etmək idi. Aşot Minasyan, habelə Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan və keçmiş deputat Vəhram Bağdasaryan saxlanılıb".