Hərbiçilərimiz erməni işğalından azad etdikləri Şuşa şəhərindəki Bülbülün ev-muzeyində olublar.
Unikal.org xəbər verir ki, videodan görünür ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən muzeyin 10 mindən artıq eksponatı məhv edilərək, talan olub. Bundan başqa Bülbülün büstü də ermənilər tərəfindən tanınmaz hala salınıb.
Qeyd edək ki, 1992-ci ilə qədər Bülbülün Şuşada yerləşən evi onun Bakı şəhərindəki memorial muzeyinin filialı hesab olunub. Ev iki otaq və eyvandan ibarət idi. Bülbül bu evdə anadan olub, uşaqlıq illərini burada keçirib.