Akdeniz Universiteti Tibb Fakültəsi Xəstəxanasında çalışan həkim Amil Hüseynov, Dağlıq Qarabağda toqquşmalar başlayan kimi Azərbaycana qayıdaraq ön cəbhədə könüllü xidmətə başlayıb.
Unikal.org xəbər verir ki, həkim Hüseynov 40 gün Bərdə şəhərindəki hərbi xəstəxanada xidmət edib və bu müddət ərzində komandası ilə birlikdə 300-ə yaxın yaralı əsgəri və mülki şəxsi müalicə edib.
Erməni qüvvələrinin ballistik raketlərlə həyata keçirdiyi hücumda yüngül xəsarət alan Hüseynov bölgəni tərk etməyib xidmətini davam etdirib.
Ermənistanla Azərbaycan arasındakı atəşkəsdən sonra vəzifəsini başa vuran və yenidən Antalyaya qayıdan Hüseynov yaşadıqlarını "TRT"yə açıqlamasında bildirib.
Müharibənin başladığını eşidən kimi Bakıya ilk uçuş üçün bilet aldığını söyləyən Hüseynov, daha sonra icazə məsələlərini həll etməyə çalışdığını da qeyd edib.