Bakı şəhəri ərazisində yeni "göl" yaranıb. Aramsız yağan yağışların nəticəsi olaraq "Sədərək" ticarət mərkəzi ərazisində böyük bir sahə su altındadır.

Unikal.org baku.ws-yə istinadən xəbər verir ki, ərazidə bir neçə maşın də yaranan "göldə" batıb qalıb.

Maraqlıdır ki, vətəndaşın müraciəti əsasında əraziyə gələn evakuator maşını da su altında qalaraq oradan çıxa bilməyib.

Mövcud vəziyyət qeyd olunan ərazidə kanalizasiya sisteminin o qədər də yaxşı işləmədiyini ortaya qoyub. Bunun nəticəsidir ki, yağış suları böyük bir ərazini əhatə edir.